ABŞ Koreya Respublikasına 650 milyon dollara 38 ədəd SM-6 idarə olunan zenit raketləri və müvafiq avadanlıq satmağa razılaşıb.
AzerTimes xəbər verir ki, bu barədə Dövlət Departamenti və Pentaqonun müvafiq idarəsi məlumat yayıb.
Müqavilələrdə kadrların hazırlanması, eləcə də ehtiyat hissələrinin verilməsi və texniki xidmət də nəzərdə tutulur.