Yaxın vaxtlarda Amerika Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti Ermənistana səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Ermənistana səfər edəcək 7 nəfərdən ibarət nümayəndə heyətinin tərkibi belədir: Endi Levin, Cim Kuper, Billi Lonq, Diana Daqqett, Cerri Konolli, Con Qaramendi və Devid Praysdır”, – məlumatda deyilib.