ABŞ Konqresinə Ukraynaya qoşun göndərməyə icazə verən qətnamə layihəsi təqdim edilib

ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Adam
Kinzinger Ukraynada kütləvi qırğın silahlarından istifadə olunarsa,
onu müdafiə etmək üçün ABŞ qoşunlarının yerləşdirilməsinə icazə
verən qətnamə layihəsi təqdim edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “The Hill” qəzeti xəbər verib.

“Düşünmürəm ki, indi Ukraynaya qoşun göndərməliyik. Mən sadəcə
silahlı qüvvələrdən istifadəyə icazə verən sənədi baxılması üçün
təqdim etdim. Bu, Ukraynada nüvə, kimyəvi və ya bioloji silahlardan
istifadə olunarsa, prezidentə bu seçim verəcək”, – deyə Konqress
üzvü izah edib.

Teqlər: