ABŞ Konqresində 3,5 trilyon dollarlıq büdcə təklifləri paketi təsdiqlənib

ABŞ Konqresinin Nümayəndələr palatası 2022-ci maliyyə ili üçün (1 oktyabrdan başlayaraq) 3,5 trilyon dollar məbləğində büdcə təklifləri paketini təsdiqləyib.

Trend “TASS” istinadən xəbər verir ki, paketi 220 konqresmen dəstəkləyib, 212-si isə əleyhinə səs verib.

Bildirilir ki, səsvermə partiya mənsubiyyəti üzrə bölünüb. Heç bir respublikaçı layihəni dəstəkləməyib.


Qanun layihəsi, xüsusilə, təmiz enerji mənbələrindən istifadə edən istehsalçılara vergi güzəştləri, ali təhsilə çıxışı asanlaşdıran proqramların həyata keçirilməsini, səhiyyə, təhsil və ətraf mühitin qorunması xərclərində artımları nəzərdə tutur.

Teqlər: