ABŞ Konqresi Ukrayna üçün “lend-liz” proqramı üzrə silah tədarükü haqqında qanunu qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatası cümə axşamı Kiyevə hərbi
yardımın göstərilməsini sadələşdirmək məqsədilə Ukraynaya “lend-liz” müqaviləsi ilə silah tədarükü haqqında qanun layihəsini
təsdiqləyib.

Trend xəbər verir ki, iclas aşağı palatanın saytında canlı
yayımlanıb.

Qanun layihəsinin lehinə 417, əleyhinə isə 10 konqresmen səs
verib. Daha əvvəl, sənəd ABŞ Senatı tərəfindən təsdiqlənmişdir.

Qərarın qanuni qüvvəyə minməsi üçün prezident Co Bayden
tərəfindən imzalanmalıdır.

Sənəd ABŞ prezidentinə mülki əhalinin müdafiəsi və digər
məqsədlər üçün Ukrayna hökuməti ilə hərbi texnika və əmlakdan
müvəqqəti istifadənin təmin edilməsinə dair sazişlər bağlamaq üçün
daha böyük səlahiyyətlər verməyi nəzərdə tutur.

Dövlət başçısı qanun layihəsinin qəbulundan sonra 60 gündən gec
olmayaraq bu silahların tədarükü üçün sürətləndirilmiş mexanizmlər
yaratmalı olacaq.

Teqlər: