ABŞ Konqresi 1,2 trilyon dollarlıq infrastrukturun inkişafı planını təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası 1,2 trilyon dollarlıq infrastrukturun inkişafı planını təsdiqləyib.

AzerTimes-ın məlumatına görə, səsvermə qanunverici orqanın aşağı palatasınının saytında canlı yayımlanıb.

Avqustda Konqresin Senatı tərəfindən təsdiqlənən təşəbbüs indi ABŞ Prezidenti Cozef Bayden tərəfindən imzalanmalıdır.


Bildirilir ki, C.Bayden yaxın zamanda sənədi imzalayacaq.

Qeyd edək ki, bu gün təsdiq edilən planın ümumi dəyəri 1,2 trilyon dollardır.