ABŞ komandaları Bakıdakı Milli Gimnastika Arenasını çıxış etdikləri ən yaxşı arenalardan biri hesab edirlər – səfir

ABŞ komandaları Bakıdakı Milli Gimnastika Arenasını çıxış
etdikləri ən yaxşı arenalardan biri hesab edirlər.

Bunu AzerTimes-a ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger
bildirib.

“Bakıda bir çox beynəlxalq gimnastika yarışları keçirilir. Milli
Gimnastika Arenasına ilk dəfə deyil ki, baş çəkirəm. Bu unikal
obyektdir. Mən hər dəfə ABŞ-dan olan komandaların nümayəndələri ilə
söhbət edəndə deyirlər ki, bu, onların indiyədək yarışdıqları ən
yaxşı arenalardan biri, hətta ən yaxşısıdır”, – səfir bildirib.

Onun sözlərinə görə, burada komandaların məşq etmək, yarışmaq
imkanı var. Səfir Bakıda belə yarışların daha da çox keçiriləcəyinə
ümidvar olduğunu bildirib.

“İdman Azərbaycan xalqının mədəniyyətinin çox mühüm hissəsidir.
Azərbaycan və ABŞ bu sahədə geniş tərəfdaşlıq əlaqələri inkişaf
etdirib”, – Erl Litzenberger deyib.

O, Azərbaycanda qadın basketbolunun inkişafını xüsusi qeyd
edərək bildirib ki, ABŞ mütəmadi olaraq bu ölkəyə basketbol üzrə
məşqçilər göndərir.

Diplomat Amerika idmançılarının Bakıda keçirilən yarışlarda
iştirakından çox şad olduğunu vurğulayıb. O, əlavə edib ki, özü də
idmanı sevir və xizək sürmək üçün Şahdağa tez-tez baş çəkir.

Teqlər: