ABŞ Puerto-Rikoda yerləşən köhnə hərbi-dəniz bazasını ukraynalı pilotların F-16 qırıcıları üzrə təlimlərində istifadə etməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bir neçə həftə əvvəl adanın şimal-şərqində yerləşən Seyba şəhərindəki Ruzvelt-Rouds hərbi-dəniz bazasında keçirilən iclasda ukraynalı pilotların burada təlim keçəcəyi açıqlanıb.
Qeyd edək ki, bazanın fəaliyyəti 2004-cü ildə dayandırılsa da, Vaşinqton ondan istifadə hüququnu özündə saxlayır.