ABŞ gürcü müxalifətinin tələbi ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında iştirak etmək üçün ölkəyə buraxılmaması imkanını nəzərdən keçirib.
AzerTimes xəbər verir ki, bunu Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
“Bizdə məlumat var idi ki, Kobaxidzenin ABŞ-a buraxılması və ya buraxılmaması məsələsinə baxılıb. Hətta ABŞ Kobaxidzenin BMT Baş Assambleyasının sessiyasındakı çıxışını da ləğv etməyi planlaşdırırdı”, – Mdinaradze bildirib.