ABŞ Kiyev və Moskvanı dost olmağa qoymur – Lavrov

ABŞ Kiyev və Moskvanı dost olmağa qoymur – Lavrov

ABŞ-ın siyasi məqsədi Moskva və Kiyevin dostluğuna qarşı yönəlib.

AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz ABŞ-ın qarşıya qoyduğu siyasi məqsədin dostluğun inkişafına qarşı yönəldiyini görürük. Amerikalılar heç vaxt səmimi olmayıblar. Hətta Sovet İttifaqı dağılandan sonra ABŞ-la ölkəmiz arasında münasibətlərin yeni keyfiyyətlər qazandığı görünürdü. Həmin vaxtdan onlar Rusiya ilə digər keçmiş Sovet İttifaqı respublikaları arasında dostluq əlaqələrini maksimum dərəcədə zəiflətmək siyasəti aparmağa başladılar”, – Lavrov bildirib.

Teqlər: