Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) oktyabrın 28-də Bryansk vilayətinə girməyə cəhd edən diversantların zərərsizləşdirilməsi ilə bağlı yeni görüntülər yayıb.
AzerTimes xəbər verir ki, görüntülər FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi tərəfindən təqdim edilib.
Diversatlardan götürülmüş silah-sursat, o cümlədən iki Kanada bayrağı görüntülənib.
Həmçinin öldürülən silahlıların meyitləri də kadrlarda yer alıb. Meyitlərdən birinin bədənində ABŞ Quru Qoşunlarının 75-ci xüsusi təyinatlı paraşüt-desant alayının ikinci taboruna məxsus tatu işarəsi aşkarlanıb.