ABŞ-ın Kabildəki səfirliyinin əməkdaşlarına kompüterlərdəki gizli sənəd və məlumatların məhv edilməsi barədə göstəriş verib.
Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli İctimai Radiosu (NPR) məlumat yayıb.
Bildirilir ki, konsulluq şöbəsinin bir hissəsi istisna olmaqla, diplomatların çoxu Əfghanıstanın paytadxtından təxliyə ediləcək.
Pentaqon Əfqanıstana qayıtmalarına əmr edilən 3 000 əsgərini Kabil hava limanında yerləşdirəcək. Bu qrup diplomatların uçacağı hava nəqliyyatının təhlükəsizliyini təmin edəcəklər.
Beynəlxalq silahlı qüvvələrin respublikadan çıxarılması ilə əlaqədar Əfqanıstanda vəziyyət aprelin ortalarından etibarən kəskin şəkildə dəyişdi: Taliban qısa müddət ərzində 17 əfqan vilayətinin paytaxtını ələ keçirdi və hücumlarını davam etdirir.