Kabil hava limanının işlək və açıq qalması mövzusunda Türkiyə və Qətər ilə birgə fəaliyyət göstəririk.
AzerTimes-ın məlumatına görə, bu sözləri Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
Vacib tərəfdaşlar olan türklər və qətərlilərlə fəaliyyət göstərməyin xüsusi bir mövzu olduğunu bildirən Psaki, hava limanının açıq qalmasının hər kəsin marağına uyğun olduğunu qeyd edib.
Onun sözlərinə görə, hava limanı vasitəsilə təkcə insanların evakuasiyası deyil, həm də Dünya ərzaq proqramı kimi proqramlar vasitəsilə humanitar yardımın çatdırılması mümkündür.
Qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərakatı Kabil hava limanının idarəsi üçün Türkiyə və Qətərdən texniki yardım istəyib.