ABŞ İsveçrə üçün hazırladığı raketləri Ukraynaya verir

ABŞ İsveçrə üçün hazırladığı raketləri Ukraynaya verir

Yazılı razılaşmalara və müqavilələrə baxmayaraq, ABŞ “Patriot” raketlərinin İsveçrəyə deyil, Ukraynaya tədarükünə üstünlük verdi. İndi hava hücumundan müdafiə üçün idarə olunan raketlərə qlobal tələbat istehsal gücünü əhəmiyyətli dərəcədə üstələyir.

AzerTimes xəbər verir ki, bu barədə “Blick” nəşri yazıb.

“İsveçrənin nə qədər gözləyəcəyi hələ də bəlli deyil. Bir şey dəqiqdir: qlobal tələbat indi “Patriot” idarə olunan raketlərin istehsal gücünü əhəmiyyətli dərəcədə üstələyir. ABŞ-ın qərarını iyunun 19-da rəsmən elan edəcəyi gözlənilir”, – nəşr bildirib.

Qeyd edək ki, 2023-cü ilin payızında İsveçrə hökuməti ABŞ-dan 340 milyon dollarlıq “Patriot” raketləri sifariş etmişdi.

Teqlər: