ABŞ İsveç və Finlandiyanın NATO-ya üzv olmaq qərarını dəstəkləyəcək

İsveç və Finlandiya NATO-ya üzv olmaq qərarına gəlsələr,
Birləşmiş Ştatlar onları qətiyyətlə dəstəkləyəcək.

Trend xəbər
verir ki, bu barədə ABŞ-ın Dövlət Katibi Entoni Blinken
Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı deyib.

“Onların bu qərarı qəbul edəcəklərinə ümid edirik. Əgər onlar
belə qərar versələr, biz bunu qətiyyətlə dəstəkləyəcəyik”, – dövlət
katibi qeyd edib.

O, vurğulayıb ki, adıçəkilən ölkələrin bu barədə nə vaxt qərar
verəcəyi ilə bağlı dəqiq vaxt söyləyə bilmir, lakin bu məsələnin
hər iki ölkə tərəfindən çox fəal şəkildə nəzərdən keçirildiyini
bildirib.

“Bildiyiniz kimi, tezliklə NATO sammiti baş tutacaq. Mən
gözləyirəm ki, toplantı başlayana kimi biz konkret məlumat
alacağıq”, – Blinken əlavə edib.

Teqlər: