NATO-nin növbəti baş katibi olmayacağam.
AzerTimes xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
O bildirib ki, ABŞ hazırki baş katib Yens Stoltenberqin postda qalmasını istəyir.
Qeyd edək ki, 9 ildir NATO-ya rəhbərlik edən Y.Stoltenberqin bu ilin sentyabrında səlahiyyət müddəti başa çatsa da, onun səlahiyyətinin daha bir il uzadılacağı da barədə məlumatlar yayılmaqdadır.