ABŞ İsraillə birgə Türkiyəyə hücum hazırlayır – Şok etiraf

ABŞ İsraillə birgə Türkiyəyə hücum hazırlayır – Şok etiraf

ABŞ Suriyada PKK-nı Türkiyəyə qarşı hücuma hazırlayıb.

AzerTimes xəbər verir ki, bu etirafı amerikalı hərbi analitik Duqlas Makqreqor edib.

Makqreqor Amerikanın Suriyada terror təşkilatı PKK/YPG-ni Türkiyəyə hücuma hazırladığını bildirib:

“ABŞ-ın Suriyada terror təşkilatı YPG/PKK-ya təlim keçərək, yük maşınları ilə silah və sursat göndərdiyi məlumdur”.

O, bu dəfə İsrailin də planın bir parçası kimi iştirak etdiyini və PKK-nın Türkiyəyə yeni hücum hazırlığında olduğunu vurğulayıb:

“Hazırda Suriyadakı qüvvələrimizi Türkiyəyə hücuma hazırlayırıq. Kimi nəzərdə tuturam? PKK, YPG və onlarla birlikdə hərəkət edən bəzi örgütləri Türkiyəyə hücuma təşviq edir və silahlandırırıq. Türklər də bunun fərqindədirlər və bundan çox narahatdırlar. Biz bunu keçmişdə mütəmadi olaraq etmişik. Amma bu dəfə çox ciddidir. Ruslar Suriyanın şimalında da yeni baza yaradıblar. Onlar istəmirlər ki, biz onlara qarşı birbaşa tədbir görəcək vəziyyətdə olaq”.

Teqlər: