

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanı ərazisində üsyançı husilərin mövqelərinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilib ki, Amerika təyyarələri Səna əyalətinin Bəni Mətar rayonunda husilərin anbarlarına üç zərbə endirib. Bundan əlavə, paytaxt bölgəsinin Bəni-Xuşayş rayonunda da yerləşən husi obyektləri ABŞ tərəfindən atəşə tutulub.
Ölənlər barədə məlumat verilməyib.
Qeyd edək ki, bundan öncə husilərin İsrail ərazisinə hipersəs raketləri ilə hücum etməsi barədə məlumat yayılmışdı.