2023.10.08. 21:53
Aralıq dənizinin şərqinə gedən “Ford” aviadaşıyıcısının zərbə qrupuna HƏMAS qruplaşmasının hücumundan sonra İsrailə kömək etməyə hazır olmaq əmri verib.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
Qeyd edilib ki, “USS Gerald Ford” və onun təxminən 5 min dənizçisi və daşıdığı döyüş təyyarələrini kreyserlər və esmineslər müşayiət edəcək. Onların hədəfi HƏMAS-a silahın çatmasının qarşısını almaqdan və müşahidə aparmaqdan ibarətdir.
“Ford”la yanaşı, ABŞ “USS Normandy” kreyserini, “USS Thomas Hudner”, “USS Ramage”, “USS Carney” və “USS Ruzvelt” esmineslərini, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin F-35, F-15, F-16 və A eskadrilyalarını göndərir.
“Bundan əlavə, Bayden Administrasiyası dərhal İsrail ordusunu əlavə avadanlıq və resurs, o cümlədən döyüş sursatları ilə təmin edəcək. İlk hərbi yardım bu gün hərəkətə başlayacaq və yaxın günlərdə çatdırılacaq”, – Ostin bildirib.
Qeyd edək ki, daşıyıcı qrup onsuz da Aralıq dənizində idi. Keçən həftə İon dənizində İtaliya ilə dəniz təlimlər keçirib.