ABŞ İsrailə hərbi yardım göstərilməsini təxirə salmağa başlayıb, sursat çatışmazlığı səbəbindən ölkə Fələstinlə münaqişədə məğlub ola bilər.
AzerTimes xəbər verir ki, Amerikanın ABC telekanalı İsrailin yüksək rütbəli məmuruna istinadən məlumat yayıb.
“İsraillə HƏMAS arasındakı müharibənin əvvəlində Amerika hərbi yardımının tədarükü çox sürətlə gedirdisə, indi biz bunun çox ləng getdiyini görürük ki, bu da İsrailə təzyiq faktoruna çevrilib. İsrail bu müharibəni uduza bilər, çünki qalib gəlmək üçün sursat və legitimliyə ehtiyacı var, hər ikisi tükənməyə başlayır”, – məlumatda qeyd edib.