İsrail Qəzza zolağında böyük hərbi əməliyyatları bərpa etməzdən əvvəl fələstinli mülki əhalinin müdafiəsi planını həyata keçirməlidir.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Yüksək vəzifəli İsrail rəsmiləri ilə görüşlərdə açıq şəkildə bildirdim ki, İsrail genişmiqyaslı hərbi əməliyyatları bərpa etməzdən əvvəl günahsız fələstinlilərin həyatının itkisini minimuma endirən humanitar plan həyata keçirməlidir”, – deyə dövlət katibi bildirib.
Qeyd edək ki, ABŞ-ın İsraili müharibədən çəkindirmək əvəzinə “əməliyyatları bərpa etmək hüququnu” gündəmə gətirməsi təəccüb doğurub.