ABŞ İsrailə 18,82 milyard dollar dəyərində F-15 qırıcı təyyarələri və avadanlıqların satışını təsdiqləyib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Məlumata görə, müqavilə çərçivəsində təyyarə və avadanlıqların tədarükünə 2029-cu ildə başlanılacaq.