ABŞ Qəzza zolağında hakimiyyətə nəzarət edən HƏMAS-ın məhv edilməsindən sonra strategiya hazırlamaq üçün İsrailə təzyiq edir.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms of İsrail” amerikalı və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Bayden administrasiyası İsraildən bəyan etdiyi məqsədinə çatdıqdan bir gün sonra strategiyasını həyata keçirməsini tələb edir:
“HƏMAS məhv ediləcəyi təqdirdə Qəzzaya kimin nəzarət edəcəyi strategiyası olmasa, İsrail ordusu qeyri-müəyyən müddətə Qəzzada ilişib qalacaq. Netanyahu və onun yaxın çevrəsi amerikalı həmkarlarına İsrailin hələ belə bir strategiya hazırlamadığını və daha çox HƏMAS-ı Qəzza zolağında hakimiyyətdən uzaqlaşdırmaq məqsədinə diqqət yetirdiyini açıqlayıb”.