ABŞ İsraildəki anbarlarından Ukraynaya 155 mm-lik sursat göndərir.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” amerikalı və israilli mənbələrə istinadla məlumat yayıb.
“Pentaqon Ukraynanın artilleriya mərmilərinə olan ciddi ehtiyacını ödəmək üçün ABŞ-ın İsraildəki sursat ehtiyatından istifadə edir”, – məlumatda qeyd olunub.
Bildirilib ki, 2022-ci ildə ABŞ və İsrail Ukraynaya 155 mm-lik 300 minə yaxın mərmi tədarük etmək barədə razılığa gəliblər. Onların təxminən yarısı artıq Avropaya göndərilib.
Qəzetin bildirdiyinə görə, hazırda amerikalı rəsmilər Ukraynanın 2023-cü il sursat ehtiyatını təmin etmək üçün kifayət qədər mərmi toplamağa çalışırlar.