ABŞ administrasiyası Ukrayna, İsrail və digər ehtiyaclara yardım üçün 2 milyard dollardan çox vəsait tələb etmək niyyətindədir.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
“Bura Ukraynanın azadlığını, suverenliyini və ərazi bütövlüyünü qorumaq, həmçinin terrorçularla mübarizədə İsrailə özünü müdafiə etmək üçün lazımi silahlar daxil olacaq”,- o bildirib.