ABŞ Suriyada İŞİD terror qruplaşmasının düşərgələrinə bir neçə hava zərbəsi endirib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından (CENTCOM) məlumat verilib.
“ABŞ Mərkəzi Komandanlığı oktyabrın 11-i səhər Suriyada İŞİD-in bir neçə düşərgəsinə bir sıra hava zərbələri endirib. Hava hücumları terror qruplaşmasını ABŞ-a, müttəfiqlərinə və tərəfdaşlarına, mülki şəxslərə qarşı hücumları planlaşdırmaq, təşkil etmək və həyata keçirmək qabiliyyətindən məhrum edəcək”, – məlumatda qeyd olunub.