ABŞ ordusu Suriyanın şərqində əməliyyat keçirib, nəticədə İŞİD-in iki nümayəndəsi məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Qeyd olunur ki, İŞİD-in iki üzvünün məhv edilməsi terror təşkilatının Yaxın Şərqdə sabitliyi pozan hücumlar planlaşdırmaq və həyata keçirmək qabiliyyətini pozacaq.