ABŞ ikinci Qarabağ müharibəsi zamanı zərər dəymiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 min dollar məbləğində vəsait ayırıb.
Trend bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, vəsait öldürücü minaların və partlamamış sursatların zərərsizləşdirilməsi və təmizlənməsi üzrə təşkilatların texniki potensialının yüksəldilməsinə yönəldiləcək: “Bu səylər təhlükəsizliyin gücləndirilməsində və əvvəllər didərgin düşmüş icmaların öz evlərinə qayıtmasında, əvvəlki həyatlarını bərpa etməsində həlledici rol oynayacaq”.
(Tərcümə: Orxan Nəbiyev)