ABŞ İrəvana “təhlükəsizlik təminatı”nı necə verəcək?

ABŞ İrəvana “təhlükəsizlik təminatı”nı necə verəcək?

Brüsseldə 5 apreldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək amerikalı və avropalı rəsmilərin (Blinken və Leyen – red.) ona ölkəsi üçün təhlükəsizlik təminatı verəcəyi məlumatları geniş yayılıb. ABŞ və AB heç onlara daha yaxın Ukraynaya təhlükəsizlik təminatı verə bilmirlər, bunu Ermənistan üçün necə həyata keçirəcəklər?

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bır sıra Qərb dövləti Ukrayna ilə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalasa da, bu sazişlər deklorativ xarakter daşıyır:

“Həmin sazişlər Ukraynanı Rusiyanın hücumlarından qorumur. ABŞ və AB və ya Fransa eyni sazişi Ermənistanla imzalaya bilərlər. Ancaq həmin sazişlər də işləməyəcək. Çünki Ermənistan-Azərbaycan sərhədi müəyyənləşməyib, sülh sazişi imzalanmayıb. Digər tərəfdən, Vaşinqton, Brüssel və ya Paris Rusiyadan hələ qopmayan, Rusiya hərbi bazasını və sərhədçilərini çıxarmayan Ermənistana necə təhlükəsizlik təminatı verəcək, belə bir təminat verilsə, bunu necə reallaşdıracaqlar? Bir ölkədə bir-birinə zidd qüvvələrin – həm Rusiyanın, həm də ABŞ və ya Fransanın hərbi bazalarının mövcudiyyətini təsəvvür etmək çətindir. Doğrudur, indinin özündə Ermənistanda Rusiyanın hərbi bazasıyla yanaşı, AB-nin, əsasən Fransanın müşahidə missiyası var və hələ ki, bir-birinə mane olmur. Ancaq həmin müşahidə missiyası silahlı və Ermənistanın təhlükəsizliyinin təminatçısı deyil”.

Teqlər: