ABŞ İrəvana öldürücü silahlar verir? – Səfirlik

ABŞ İrəvana öldürücü silahlar verir? – Səfirlik

ABŞ nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə İrəvana öldürücü silahlar tədarük etməyib.

AzerTimes xəbər verir ki, bu barədə Report-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, regionda sabitlik və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olmaq ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, avqustun 21-də Caliber.az informasiya portalı öz mənbələrinə istinadən yazıb ki, Qərb dövlətləri, o cümlədən ABŞ üçüncü dövlətlərin köməyi ilə İrəvana öldürücü silahlar göndərir. Məlumatda Fransa, Almaniya və ABŞ silahlarının İran vasitəsilə Ermənistana çatdırıldığı vurğulanıb.

Teqlər: