ABŞ İraqla İranın bloklanan aktivlərini müzakirə etdi

ABŞ İraqla İranın bloklanan aktivlərini müzakirə etdi

İraqın xarici işlər naziri Fuad Hüseyn ilə ABŞ-ın dövlət katibi Entoni Blinkenin siyasi məsələlər üzrə müavini Con Bas İranın bloklanan aktivlərini müzakirə ediblər.

AzerTimes xəbər verir ki, bu barədə İraqın xarici İşlər Nazirliyinə yaxın mənbə məlumat verib.

Bildirilir ki, müzakirələr zamanı İranın İraqda bloklanan aktivləri ilə bağlı həll yollarının tapılmasının zəruriliyi müzakirə edilib.

Müzakirə və məsləhətləşmələrin təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, İran rəsmiləri İraqın qaz və elektrik enerjisi alışına görə İslam Respublikasına 9-11 milyard dollar borcu olduğunu bildiriblər.

Teqlər: