Yaxın Şərqdəki gərgin vəziyyət ABŞ-ın bu illər ərzində regiondakı uğursuz diplomatiyasının nəticəsidir.
AzerTimes xəbər verir ki, bunu fransalı siyasi analitik Nikola Mirkoviç deyib.
“ABŞ-ın diplomatiyası fəlakətlidir. İndiki xaos daha çox ziddiyyətli hərəkətlərin və uğursuz diplomatiyanın nəticəsidir və onun Yaxın Şərqdəki təşəbbüslərinin qızğın xarakterini nümayiş etdirir”, – o bildirib.
Ekspertin fikrincə, II Dünya müharibəsi başa çatdıqdan sonra ABŞ “od səpdiyi” Yaxın Şərq regionunda fəal iştirak edirdi:
“Vaşinqton İraq və Liviyanı dağıdıb oranı “barıt çəlləyinə” çevirdi, ardınca qoşunlarını Əfqanıstandan çıxarması regionda onsuz da gərgin olan vəziyyəti daha da çətinləşdirdi”.
Ekspert hesab edir ki, indi İsraillə Fələstin arasında sülhə nail olmaq əvvəlkindən daha çətin olacaq və “ikidövlətli həll” prinsipinə sadiqlik daha uzaq perspektivə çevrilib.