ABŞ iranlı nazirlərə sanksiya tətbiq etdi

ABŞ iranlı nazirlərə sanksiya tətbiq etdi

ABŞ administrasiyası İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Siyahıya ikisi nazir olmaqla, 7 məmurun adı daxil edilib.

ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, ilk növbədə İranın daxili işlər və informasiya-kommunikasiya texnologiyaları nazirləri – Əhməd Vahidi və İsa Zarepurun adları qara siyahıya salınıb.

Məhdudiyyətlər İranda internetə çıxışı bloklayan və dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edən şəxslərə şamil edilir.

Teqlər: