Tehran ikitərəfli gərginliyi azaltmaq üçün hərəkətə keçərsə, ABŞ İranla nüvə sazişi üzrə danışıqlara qayıda bilər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“İndi biz nüvə razılaşmalarını müzakirə etmirik. Biz onlara başa saldıq ki, onlar müxtəlif istiqamətlərdə münasibətlərimizdə mövcud olan gərginliyi azaltmalı, artırmamalıdırlar. Görək bunu edəcəklərmi. Ola bilsin ki, o zaman biz nüvə məsələlərində dialoqa qayıda bildiyimiz atmosferə malik olaq, lakin hələlik vəziyyət belə deyil”, – o, müvafiq sualı cavablandırarkən deyib.