ABŞ İranla nüvə sazişi üzrə birbaşa danışıqlara hazırdır.
AzerTimes-ın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner deyib.
C.Fayner bildirib: “(İranla – red.) birbaşa danışıqlara hazır olduğumuzu açıq şəkildə bildirdik. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: biz qarşılıqlı etimad prinsipi əsasında danışıqlara qayıtmağa hazırıq”.
O əlavə edib ki, ABŞ və İran arasında, xüsusən də Birgə Hərtərəfli Fəaliyyət Planına əməl etməyin nə demək olduğu ilə bağlı fikir ayrılığı hələ də mövcuddur.