ABŞ: İranın təhdidlərinə qarşı Bakının yanındayıq

ABŞ: İranın təhdidlərinə qarşı Bakının yanındayıq

ABŞ İranın təhdidləri qarşısında Azərbaycana dəstəyini davam etdirəcək.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinq zamanı deyib.

N.Prays İranın Azərbaycana qarşı getdikcə artan hədələyici bəyanatlarına və bu cür ritorikanı davam etdirəcəyi təqdirdə Vaşinqtonun Bakını qoruya biləcəyi ilə bağlı jurnalistin ünvanladığı suala bu cür cavab verib:

“Onun (Dövlət katibi Entoni Blinken – red.) bu həftənin əvvəlində azərbaycanlı həmkarı (xarici işlər naziri Ceyhun Bayramov – red.) ilə görüşmək imkanı olub. İranın region üçün təhlükə yaratdığı bizə həqiqətən çox aydın idi. Biz tərəfdaşlarımızın yanında olacaq və onları dəstəkləyəcəyik. Nəticədə İranın regionda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirlərinə qarşı durmağa davam edəcəyik”.

Teqlər: