ABŞ Administrasiyası İranın nüvə proqramına dair Vyanada keçiriləcək danışıqlarda irəliləyiş gözləmir.
AzerTimes-ın məlumatına görə, bunu mütəmadi brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
N.Prays bildirib: “Qarşıdakı çağırışların miqyasını lazımi qiyməti veririk. Hər şey indi başlayır. Tezliklə irəliləyiş gözləmirik. Bu müzakirələrin çətin olacağını gözləyirik”.
Mətbuat xidmətinin rəhbəri ABŞ-ın İran üzrə xüsusi elçisi Rovert Mellinin danışıqlarda iştirak etmək üçün Vyanaya gedəcəyini təsdiqləyib.
N.Prays qeyd edib ki, Vyanada ABŞ və İran arasında birbaşa danışıqlar planlaşdırılmayıb.