ABŞ İranın husilərə göndərdiyi silahları ələ keçirdi

ABŞ İranın husilərə göndərdiyi silahları ələ keçirdi

ABŞ hərbçiləri Ərəb dənizində husilərə göndərilən İran istehsalı silahları ələ keçiriblər.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında deyilir.

Amerika dənizçiləri orta mənzilli ballistik raketlərin komponentləri, partlayıcı maddələr və pilotsuz sualtı maşınların komponentləri olan 200-dən çox bağlama aşkar ediblər.

“Husilərə qabaqcıl adi silahların davamlı tədarükü beynəlxalq hüququn birbaşa pozulmasıdır və beynəlxalq naviqasiya təhlükəsizliyini pozur”, – deyə CENTCOM-un komandanı Maykl Erik Kurilla deyib

O, baş vermiş hadisəni İranın bölgədəki təxribat fəaliyyətinin nümunəsi adlandırıb.

Teqlər: