ABŞ İrana qarşı sanksiyalar siyahısını yeniləyib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin saytında yerləşdirilən məlumata görə, İranda fəaliyyət göstərən “Arvan Cloud” texnoloji şirkətinə və BƏƏ-də yerləşən bir törəmə şirkətə sanksiya tətbiq edilib. Həmin şirkətlərin iki yüksək vəzifəli əməkdaşının da adı sanksiya siyahısına əlavə olunub.
Qeyd olunub ki, sözügedən şirkətlər İranda internet senzurasını asanlaşdırmaqda rol oynadıqlarına görə sanksiyaya məruz qalıblar.