ABŞ nə nüvə razılaşmasının bərpası, nə də digər məsələ ilə bağlı İranla danışıqlar aparır.
AzerTimes xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə koordinatoru Con Kirbi deyib.
Qeyd edək ki, ötən gün əvvəl İranın xarici işlər naziri əvəzi Əli Bagiri Kani Oman vasitəsilə ABŞ-la gizli danışıqlar aparıldığını və irəliləyiş əldə olunduğunu deyib.