ABŞ İranı cəzalandıracağını elan etdi

ABŞ İranı cəzalandıracağını elan etdi

ABŞ Dövlət katibi Entoni Blinken İranın Ukrayna müharibəsində Rusiyaya hərbi dəstəyinə görə daha çox sanksiyaya məruz qalacağını bildirib.

AzerTimes-ın məlumatına görə, Blinken bu barədə Almaniyada keçirdiyi mətbuat konfransında danışıb.

O bildirib ki, İranın Rusiyaya verdiyi pilotsuz təyyarələr Ukrayna vətəndaşlarını öldürür və bu ölkənin mülki infrastrukturunu məhv edir:

“İran hərbi personalı da Krımda bu vəhşi hücumların həyata keçirilməsində Rusiyaya kömək edir”.

Teqlər: