ABŞ İrandan Yəməndəki husilərə yük daşıyan gəmilərin yoxlanılması zamanı ələ keçirdiyi beş mindən çox silahı Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, bu silahlara AK-47 avtomatları, pulemyotlar, snayper tüfəngləri və RPQ-7 tank əleyhinə qumbaraatanlar daxildir.
Ukrayna bu silahları və 7,62 mm çaplı 500 mindən çox patronu aprelin 4-də əldə edib.