ABŞ-ın İranda azad və ədalətli seçkilərin keçirilməsi və ya əsaslı dəyişikliyə dair heç bir gözləntisi yoxdur.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Abraam Peyli deyib.
O, namizədlərin əvvəldən seçildiyini bildirərək, bunu işıqlandıran jurnalistlərin sıxışdırılmasını qınayıb.
Qeyd edək ki, İranda 14-cü dövr prezident seçkiləri iyunun 28-də keçiriləcək.