ABŞ və Böyük Britaniya İran kəşfiyyatının maraqları naminə dissidentlərin təqibində iştirakda ittiham olunan 11 nəfərə sanksiyalar tətbiq edib.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında bildirib.
“Bu gün sanksiya tətbiq edilən şəxslər, əldə olan məlumatlara görə, transmilli repressiyalarla, o cümlədən çoxsaylı qətllər və adam oğurluqları ilə məşğul olan, ABŞ-da əməliyyatlar planlaşdıran şəbəkə ilə bağlıdır”, – məlumatda qeyd olunub.