İrana bağlı qruplaşmaların ABŞ qüvvələrinə qarşı hücumları Tehranın Amerikaya qarşı birbaşa hücumu hesab olunur.
AzerTimes xəbər verir ki, bunu respublikaçı senator Tom Kotton oktyabrın 19-da sosial media hesabında bildirib.
O, son günlər İrana bağlı silahlı qruplaşmaların bölgədəki Amerika mövqelərinə hücumları barədə Tehrana xəbərdarlıq edib:
“Bunun geniş şəkildə ağır qisası alınacaq”.