ABŞ İrana kəşfiyyat məlumatı ötürüb? – Tehran

ABŞ İrana kəşfiyyat məlumatı ötürüb? – Tehran

“Voll Strit Jurnal”nın Vaşinqtonun Kirmanda gözlənilən terror aktı ilə bağlı Tehranı xəbərdar etdiyinə dair iddiaları həqiqətə uyğun deyil.

AzerTimes xəbər verir ki, bu barədə İRNA İran XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

İran kəşfiyyat xidmətlərindəki mənbə isə qeyd edib ki, əgər ABŞ belə bir mesaj ötürübsə, bu özünü qorumaq məqsədi daşıyır:

“ABŞ İrana məxfi mesaj ötürübsə, bu, yalnız Vaşinqtonu Tehranın cavab zərbəsindən qorumaq məqsədi ilə edilib, xüsusən də İsrailin Qəzza zolağında müharibəyə başlaması fonunda”.

Xatırladaq ki, yanvarın 3-də İranın Kirman şəhərində SEPAH generalı Qasım Süleymaninin ölümünün dördüncü ildönümü münasibətilə keçirilən dəfn mərasimi zamanı terror aktı baş verib, nəticədə 91 nəfər ölüb, yüzlərlə adam yaralanıb.

Teqlər: