ABŞ İrana işləyən bu şirkətə sanksiya tətbiq etdi

ABŞ İrana işləyən bu şirkətə sanksiya tətbiq etdi

ABŞ İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlarını asanlaşdıran “Oceanlink Maritime DMCC” şirkətinə sanksiya tətbiq edib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) məlumat yayıb.

Məlumata əsasən, ABŞ Birləşmiş Ərəb Əmirliklərində yerləşən bu şirkətin yüz milyonlarla dollar dəyərindəki 13 gəmisinə sanksiya tətbiq edib.

Sözügedən şirkət İranın silahlı qüvvələri də daxil olmaqla, 100 milyon dollardan çox dəyərdə digər mallarının da daşınmasında ciddi və davamlı olaraq fəaliyyət göstərib.

Teqlər: