ABŞ İrana görə Türkiyə şirkətinə sanksiya tətbiq etdi

ABŞ İrana görə Türkiyə şirkətinə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi İrana PUA və silah istehsalına dəstək verən hüquqi və fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Sanksiyalar İranın “DTSRC”, “Farazan İndustrial Engineering” və “Selin Technic” şirkətlərinə, eləcə də Türkiyənin “Ozone Havacilik ve Savunma Sanayi Ticaret Anonim Şirketi”nə şamil olunub.

Teqlər: