ABŞ üç fiziki və dörd hüquqi şəxsi Amerika malları və texnologiyalarının İrana ixracına görə sanksiyalar siyahısına daxil edib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyi bəyanat yayıb.
“Bu gün ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi 20-dən çox ABŞ şirkətinin İrandakı Mərkəzi Bankı da daxil olmaqla, yekun istehlakçılara mal və texnologiyanın qanunsuz ixracını asanlaşdıran satınalma şəbəkəsinə sanksiyalar tətbiq edib”, – ABŞ Xəzinədarlığının bəyanatında deyilir.
Sanksiyalara İrandan iki və BƏƏ-dən bir şəxs, həmçinin Vaşinqtonun məlumatına görə, İran Mərkəzi Bankı ilə əlaqəli olan İran, BƏƏ və Türkiyədəki şirkətlər daxildir.