ABŞ mayın 31-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bunlar xüsusilə ixrac məhdudiyyətlərini nəzərdə tutur.
AzerTimes xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Sabah (31 may – red.) biz Ukrayna vətəndaşlarına və mülki infrastruktura hücum etmək üçün istifadə edilən İran pilotsuz uçuş apartlarında tapılan texnologiyalara ixrac nəzarəti əsasında yeni tədbirləri elan edəcəyik”, – Blinken bildirib.